media-1763703517_1706076269_1690004047_1687844780_1687324977_1677737502_neft_azerbaycan-1

“Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,99 ABŞ dollar artıb.

ERAmedia xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,99 ABŞ dolları və ya 2,5 % artaraq 124,24 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


media-adspc

Bənzər xəbərlər