O bəxtəvər 360 MİLYON manatın yiyəsi oldu
Son EuroMillions lotereyasında fransalı iştirakçı beş əsas rəqəmi və iki “şanslı ulduzu” taparaq təxminən 180 milyon avro dəyərində cekpot qazanıb.
ERAmedia xəbər verir ki, bu barədə “Express” məlumat yayıb.
Qalib hələlik məlum olmadığından onun kimliyi sirr olaraq qalır.
2004-cü ilin fevral ayında keçirilən ilk lotereyadan bəri, EuroMillions-da iştirak edən doqquz ölkənin hamısından yüzlərlə oyunçu cekpotu qazanıb. Lotereya tarixində ən böyük cekpot təxminən 250 milyon avro olub və bu il üç dəfə qazanılıb – qaliblər Fransa, İrlandiya və Avstriyadan olub.
Bu dəfə qazanan rəqəmlər: 5, 29, 33, 39, 42, “şanslı ulduzlar” isə 3 və 9 olub.
Ural Dəyirmançı










