O cinayət işinə görə PROREKTOR dindirildi
Yerevan Pedaqoji Universitetinin prorektoru Marianna Harutyunyan keçmiş rektor Srbuhi Gevorgyana qarşı mənimsəmə və rüşvətxorluq işi üzrə ifadə verib.
ERAmedia bildirir ki, bu barədə yerli KİV məlumat yayıb.
İstintaq sənədlərinə görə, ifadə verən prorektor Marianna Harutyunyan bu vəsaitlərdən paytaxtın Mamikonyants küçəsindəki yeni hündürmərtəbəli binada mənzil, eləcə də 17 milyon dram dəyərində mətbəx mebeli və məişət texnikası almaq üçün istifadə edib.
Mətbuat bildirir ki, Marianna Harutyunyan hakim Mülki Müqavilə Partiyasının yüksək vəzifəli məmurunun vasitəçiliyi ilə prorektor vəzifəsinə təyin edilib.
Xatırladılır ki, 2025-ci il noyabr ayının 17-də Ermənistan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komitəsi (KM) Xaçatur Abovyan adına Ermənistan Dövlət Pedaqoji Universitetinin rektoru və prorektorunun başlanan cinayət işi çərçivəsində saxlanılıb. Saxlanılanlar müxtəlif universitet işçilərindən ibarət cinayətkar təşkilat yaratmaq, ona rəhbərlik etmək, xüsusilə külli miqdarda mənimsəmə, fırıldaqçılıq törətməkdə və rüşvət almaqda ittiham olunurlar.
Məhkəmənin keçmiş rektor Qevorkyanı girov müqabilində ev dustaqlığına buraxdığı qeyd olunur.
Ural Dəyirmançı










