media-donald-trump-2-epa-gmh-251023_1761225566261_hpmain
media-bant_master

ABŞ prezidenti Donald Tramp Ağ Ev “Ballroom Wing” layihəsi üçün yeni memar təyin edib.

ERAmedia “Bloomberg”ə istinadla xəbər verir ki, layihənin dəyəri 350 milyon dollardır.

Ağ Ev sözçüsü adıçəkilən layihəyə Vaşinqtondakı Shalom Baranes Associates memarlıq firmasının rəhbərlik edəcəyini, əvvəlki layihə meneceri Ceyms MakKreyrin isə məsləhətçi rolunda qalacağını qeyd edib: “Şalom onilliklər boyu ölkənin üfüq xəttini formalaşdıran görkəmli memardır və onun təcrübəsi bu layihənin tamamlanmasında sözünü deyəcək”.

Ağ Ev dəyişikliyin səbəblərini açıqlamasa da mənbə Prezident Trampa istinadla yeni məkanın 90.000 kvadrat fut olacağını və 1000 qonağı qəbul edə biləcəyini bildirib ki, bu da təxminən 55.000 kvadrat fut olan əsas binadan xeyli böyükdür.

Təxmini tikinti dəyəri 200 milyon dollardan 350 milyon dollara yüksəlib.

ERAmedia digər mənbələrə istinadla layihə donorları arasında milyarder Stiv Şvartsman, Amazon və Coinbase var.

Layihə, Trampın şəxsi biznes və dövlət işlərində  maraqların paralelləşməsi kontekstində müəyyən polimakalar üçün əsas verib.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər