media-104393927_2618393021734829_7852051150942814154_o-1170x780
media-bant_master

Ermənistanda Qaqik Tsarukyana qarşı məhkəmə qərarının icrasından yayınmada ittihamla bağlə cinayət işi açılıb.

Eramedia yerli yerli mətbuata istinadən xəbər verir ki, prokurorluq 5 iyun 2024-cü ildə başlanan cinayət işi çərçivəsində bu ilin oktyabrında məhkəmə qərarını icra etməmə ilə bağlı ona qarşı cinayət təqibi başladıb.

Cinayət işi qanunsuz mənşəli əmlakın müsadirə edilməsi ilə bağlı icraat çərçivəsində təhlükəsizlik tədbirinin tətbiqi şərtilə əmlakın özgəninkiləşdirilməsi ilə bağlıdır.

Ermənistanın irikalibrli biznesmenlərindən olan Çiçəklənən Ermənistan Partiyasının rəhbəri Tsarukyana qarşı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə “Qanunsuz əldə edilmiş əmlakın müsadirə edilməsi ilə bağlı işin başlanması ilə əlaqədar iddianın təmin edilməsi üçün ilkin tədbirlərin tətbiqi haqqında” ərizə təqdim olunub.

Söhbət Qaqik Tsarukyan və həyat yoldaşının Bolqarıstanda qeydiyyatdan keçmiş “Gorna Banya Bottling Company” MMC-nin səhmlərinin 98,03%-nin özgəninkiləşdirilməsi ilə bağlı cinayət işindən gedir. Həmin işdə “Gorna Banya Bottling Company” MMC-nin səhmlərini 23 milyon 850 min avro məbləğində satdıldığı, nəticədə  özgəninkiləşdirilməsi qadağan edilən əmlak özgəninkiləşdirilib.

Nəticədə Qaqik Tsarukyandan başqa yerə getməməklə bağlı iltizam alınıb.

Ural Dəyirmançı

 


media-adspc

Bənzər xəbərlər