Ona KQB generalları xidmət edirdi
Gürcüstanın keçmiş baş prokuroru Otar Partsxaladze kriminal aləmin nüfuzlu şəxslərindən Levan Canqveladzenin qətlə yetirilməsi işi üzrə məsuliyyətinə cəlb olunub.
ERAmedia xəbər verir ki, bu barədə brifinqdə danışan Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidzenin fikirləri 1TV.GE platforması səsləndirib.
Adıçəkilən cinayət əməlinə görə 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur.
Tbilisidə qatilin güllələri 60 yaşlı kriminal avtoritet Levan Canqveladze bütün postsovet məkanında aparıcı qanuni oğrulardan biri hesab edilən məşhur qanuni oğru Merab Canqveladzenin (Suxumski) qardaşı olub. Merab həmin məqama görə postsovet məkanının böyük bir hissəsində cinayətkar aləmin güc vasitəsi hesab edilən Levana borclu idi.
Sovet İttifaqının dağılmasından sonra KQB generalları onun üçün çalışırdı, cinayətkar avtoritetlərə qarşı ən səs-küylü sui-qəsd cəhdlərinin arxasında o dayanırdı.
Rusiya cinayətkar aləmin lideri hesab edilən Zaxari Kalaşovun (Şakro Molodoy) ondan çəkindiyi isə heç kim üçün sirr deyil.
Ural Dəyirmançı










