media-pasinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib ki, Ukrayna ilə ali səviyyədə təmasların məhdudlaşdırılması üçün heç bir əsas görmür. Eramedia yerli mətbuata istinadla bildirir ki, erməni Baş nazir bu fikirləri səhərdən başladığı mətbuat konfransında bildirərək davam edib: “Ukrayna prezidenti niyə Ermənistana gəlməməlidir? Ermənistan Azərbaycanla münaqişədə olanda, məgər Azərbaycan prezidenti Rusiyaya getmirdi, yaxud Rusiya prezidenti Azərbaycana gəlmirdi? Bizim “Azərbaycan prezidenti niyə Rusiyaya gedir və ya əksinə?” dediyimiz bircə hal olmayıb”.

ERAmedia xəbər verir ki, Hökumət rəhbəri 2022-ci ildən Ukrayna ilə bağlı məsələlərdə Ermənistanın Rusiyanın müttəfiqi olmadığını dediyini bir daha xatırladıb: “Ukrayna dövlət deyil? Ukrayna BMT-nin üzvü olan bir dövlətdir.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər