media-nikol-pashinyan-822x548
media-bant_master

Vətəndaş Müqaviləsi Partiyasının İdarə Heyəti siyasi təşkilatın Etik Kodeksini təsdiqləyib.

ERAmedia xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Facebook sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Bu Kodeksin “Vətəndaş Müqaviləsi Partiyasının ölkədəki siyasi mühitin, atmosferin və mədəniyyətin inkişafı üçün xüsusi məsuliyyət hiss etməsindən” yarandığını qeyd edən partiya rəhbəri daha sonra həmvətənlərinə müraciətində yazır: “Partiya Şurası ilk növbədə özümüz üçün standartlar müəyyən edən və bununla da düşmənçilikdən, qarşılıqlı təhqirlərdən, şəxsi hücumlardan çəkinməyə, eləcə də ən yüksək dürüstlük standartlarına çağırışdır”.

Baş nazir izləyicilərinə nüraciətində “təhqirə təhqirlə cavab vermədiyimiz zaman, xahiş edirəm bunu zəiflik və ya qorxaqlıq deyil, qəbul etdiyimiz Etik Kodeksinə sədaqət kimi” qəbul edilməsini xahiş edib.

Ermənistanın ictimai-siyasi həyatının fakt və arqument, qarşılıqlı hörmət, düzgünlük, şəffaflıq və hesabatlılığa yönəlməli olduğunu bildirən

Nikol Paşinyan ancaq bu halda sivil gələcəyə yetməyin mümkünlüyünü xatırladıb.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər