media-resize
media-bant_master

Ermənistanın baş naziri Nikol Paşinyan Hamburqda 2018-ci illə müqayisədə Avropa İttifaqına səfərlərin təxminən 400–500% artdığını, səfirliklərdə 10 aydır bitib-tükənməyən növbələrin isə real artımın 600–700% olduğunu göstərdiyini bildirib.

ERAmedia xəbər verir ki, baş nazir bu sözləri erməni jurnalistlərlə görüşü zamanı deyib.

Paşinyan qeyd edib ki, iqtisadi artım və rifah göstəricilərindən danışanda bəziləri bunu qəbul etmək istəmir.

Baş nazir xatırladıb ki, bir vaxtlar Ermənistanda aviabilet çox bahalı və “əlçatmaz” hesab olunurdu:

“Hamı unudub ki, illərlə aviabiletlərə qoyulan monopoliyanı və onun arxasındakı korrupsiya sxemlərini müzakirə edirdik. Bu gün insanlar 35–45 və ya 50 avroya bilet tapa bilirlər. Sonra da soruşurlar ki, nə dəyişib?”

Onun sözlərinə görə, Avropaya gedən insanlar hotellərdə qalır, xərclər edir və bunu sosial şəbəkələrdə açıq şəkildə yazırlar.

Paşinyan əlavə edib ki, insanlar artıq Göyçə gölü əvəzinə Avropa İttifaqına üz tuturlar, lakin buna baxmayaraq, hökuməti yalan danışmaqda, rəqəmləri saxtalaşdırmaqda ittiham edirlər.

“Əslində isə bu göstəriciləri biz yox, Avropa İttifaqı təqdim edib,” — deyə o vurğulayıb.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər