media-75de4e4e-ffee-4ba2-b46c-f5f90abc331b
media-bant_master

Qarşıdan gələn seçkilər çox vacibdir, çünki mənim fikrimcə, onlar ölkəmiz, regionumuz üçün tariximizdə tamamilə yeni bir fəslə qədəm qoymaq basmağa tarixi fürsətdir.

ERAmedia xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu Berlində Almaniya Xarici İşlər Assosiasiyasında keçirilən görüşdə sülh prosesinin şəxsən onunla nə dərəcədə əlaqəli olduğuna dair suala cavab verərkən bildirib.

Hazırda davamlı sülh yaratmaq üçün misli görünməyən fürsətin yarandığını qeyd edən Baş nazir, bunun bölgədəki ölkələrin dövlətçiliyi, müstəqilliyi və suverenliyinin qorunub möhkəmləndirilməsi üçün çox vacib sayır, amma bu razılaşmaya təsir edən ən vacib amillərdən birinin ölkələr arasında ortaq maraqların qarşılıqlı anlaşılması olduğunu qeyd edir.

Yaranan situasiyanın həm Ermənistan, həm də Azərbaycan üçün “ortaq bir nailiyyət”olduğunu bildirən Paşinyan ona çatmadığın asan olmadığını vurğulayıb: “Bu, Vətəndaş Müqaviləsi Partiyası və siyasi komandamız üçün bir nailiyyətdir və çox şadam ki, bu çox çətin dövrləri, necə deyərlər, cəhənnəmdən keçərək dəf edə bildik və bu nöqtəyə çatdıq”.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər