media-pasinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan 5 avqust 2019-cu ildə işlətdiyi frazasını təkrar edib: “Bəli, “Artsax Ermənistandır və nöqtə”- deyən şəxs mənəm”.

ERAmedia xəbər verir ki, Baş nazir həmin xatırlatmanı Geğarkunik marzının Tsovak icmasında lideri olduğu partiyanın parlament seçkiləri çərçivəsində mitinqdə çıxışı zamanı edib.

Paşinyanın sözlərinə görə, o, həmin vaxt erməni cəmiyyətinin “30 il ərzində qidalandığı” ideyaya sadiq qaldığını, 2020-ci il sentyabrın 27-də başlanan müharibənin nəticələrindən sonra qərarında kəskin redaktələr etməli olduğunu dərk etdi: “Mən deyirdim ki, bizim bu qanayan yaranı nəsildən-nəslə ötürməyə haqqımız yoxdur, biz övladlarımıza sülh ötürməliyik. Bəli, mən cəsarət tapıb dedim ki, biz yanlış yolla gedirik, Qarabağ hərəkatını davam etdirməməliyik. Nəticədə bu gün biz hər zamankından daha müstəqilik və hər zamankından daha çox dövlətik”- deyə, o, qeyd edib.

Baş nazirin sözlərinə görə, Qarabağ hərəkatının davam etdirilməsi yeni böyük və lokal müharibələrə, daimi insan itkilərinə, son nəticədə isə Ermənistan dövlətçiliyinin itirilməsinə gətirib çıxarardı.

“Mən Ermənistanı bu şirnikləndirici xəyaldan xilas etdim və bunu Ermənistan qarşısında ən böyük xidmətim hesab edirəm”-deyə, Paşinyan vurğulayıb.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər