Paşinyan Rusiyaya gedəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan dekabr ayında Rusiyaya 3 dəfə səfər edəcək.
ERAmedia “News.am”a istinadən xəbər verir ki, bu barədə Paşinyan özü açıqlayıb.
“Mən danışıqlar aparmaq üçün dekabrın 3-ü, 11-i və 22-də Rusiyaya səfər edəcəyəm. Ümid edirəm ki, Rusiya ilə münasibətlərimizdə dostluq ab-havasını qoruyub saxlaya biləcəyik”, – hökumət başçısı deyib.
Baş nazir həmçinin Ermənistanın eyni zamanda həm Avrasiya İqtisadi İttifaqının (Aİİ), həm də Avropa İttifaqının (Aİ) üzvü ola bilməyəcəyini etiraf edib. Onun sözlərinə görə, əsas məqsəd Ermənistan vətəndaşları üçün alternativin yaradılmasıdır.
“Uzun müddət belə bir təsəvvür mövcud idi ki, Ermənistanın alternativi yoxdur. Hətta Aİİ liderlərindən biri açıq şəkildə bəyan etmişdi ki, Ermənistanın Aİİ-dən başqa gedəcəyi yeri yoxdur. Bu bəyanat müəyyən siyasi proseslərə səbəb oldu”, – Paşinyan deyib.
20 ildən sonra Ermənistanı necə təsəvvür etdiyi ilə bağlı sualı isə Baş nazir belə cavablandırıb: “Mən Ermənistanı Avropa İttifaqının tərkibində görürəm”.









