Paşinyandan cəmiyyətə ÇAĞIRIŞ
Ermənistan Respublikasında zorakılığa yer yoxdur.
ERAmedia xəbər verir ki, Baş nazir Nikol Paşinyan bunu növbəti sosial media səhifəsində yazaraq belə davam etdirib: “Zorakılığa çağıranlar və zorakılığa əl atanlar ifşa olunmaqla bərabər, siyasi-hüquqi qiymət almalıdırlar”.
Daha sonra hökumətin rəhbəri psixoloji-mənəvi zorakılıq hallarını ayırd etmək və qiymətləndirmək üçün effektiv mexanizmlərin yetərli təsir rıçaqlarının olmamasından gileylənib.
Xatırladaq ki, Paşinyan bundan əvvəlki seçki kampaniyasını yerli hüquq müdafiəçilərinin fikrincə, heç də psixoloji zorakılığın təzahürü olmayan “polad çəkic” devizi ilə aparıb.
Ural Dəyirmançı









