media-file-04c58d207d1f0ee65bada092320ebc8c

Ermənistan məhkəməsi Rusiyaya yaxınlığı ilə tanınan iş adamı Samvel Karapetyan barəsindəki qətimkan tədbirinin dəyişdirilməsinə qərar verib.

ERAmedia xəbər verir ki, Karapetyan girov qarşılığında həbsxanadan ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, Karapetyan iyun ayında hakimiyyətin ələ keçirilməsi ilə bağlı ictimai çağırışlar etməsi ittihamı ilə həbs edilib. Ermənistan Respublikası Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə ittiham olunur.

Samvel Karapetyan Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanın əsas rəqibi sayılır.

Artıq evində olan S.Karapetyan hakimiyyətə mesaj da verib. O deyib ki, bundan sonra da erməni kilsəsinə  edilən hücumlara qarşı çıxacaq və yolundan dönməyəcək.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər