media-484728069_1042190307955860_150200194376680790_n

İran prezidenti Məsud Pezeşkian ABŞ-ın yeni təcavüzünə Tehranın cavab verəcəyini və düşmənin peşman olacağını bildirib.

ERAmedia xəbər verir ki, Pezeşkian deyib:

“İslam Respublikasının ABŞ-ın hər hansı zorakı təcavüzünə cavabı sərt olacaq və düşmən peşman ediləcək,” – o, X sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, daha öncə İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında Donald Tramp İrana xəbərdarlıq etmişdi ki, əgər Tehran raket və nüvə proqramı üzərində işini davam etdirsə, ciddi nəticələrlə üzləşəcək.


media-adspc

Bənzər xəbərlər