media-bc05e3f323b86285e6700cbb67527a25_1646411370_extra_large
media-bant_master

Rusiya münaqişəyə son qoymaq üçün real sülh danışıqlarına hazır deyil və ABŞ-a yalan danışır, eyni zamanda, perspektiv hücumlar üçün resurslar toplamaqda davam edir.

ERAmedia xəbər verir ki, “Biz Ukraynayıq” televiziya kanalının sitat gətirdiyi bu fikirləri Ukrayna Prezident Adminstrasiyasının müşaviri Mixaylo Podolyak bildirib.

Rusiyanın hazırki taktikasının ABŞ-a yalan danışmaq, Ukraynaya hücumlarını davam etdirmək, eyni zamanda Avropaya informasiya və psixoloji təzyiq göstərməkdən ibarət olduğunu qeyd edən Podolyak  bunların simulyasiya edilmiş hücumlar və təxribatlardan ibarət olduğu fikrindədir.

Bundan əvvəl isə Prezident Vladimir Zelenski Ukraynanın Rusiya ilə danışıqlar aparmadığını, Moskvanın münaqişənin sülh yolu ilə həllində maraq göstərmədiyini qeyd etmişdi.

Ural Dəyirmançı

 


media-adspc

Bənzər xəbərlər