Prezident Trampdan qəribə statistik rəqəmlər
Ukrayna lideri Vladimir Zelenski münaqişədəki mövcud vəziyyəti ayıqlıqla qiymətləndirməlidir.
ERAmedia xəbər verir ki, dekabr ayının 10-da Ağ Evdə jurnalistlərə verdiyi açıqlamasında ABŞ prezidenti Donald Trampın belə deyib.
“Düşünürəm ki, Zelenskinin realist olması lazımdır”- deyə, o, əlavə edib.
Daha sonra Ağ Ev rəhbəri Ukraynanın hər həftə minlərlə insan itirdiyini və ukraynalıların bunun sona çatmasını istədiyini bildirərkən konkret statistik rəqəmlər çəkib: “Ukraynalıların səksən iki faizi razılaşma tələb edir. Onlar razılaşma istəyirlər”.
Maraqlı olan budur ki, ABŞ prezidentinin xatırlatdığı rəqəmlərin heç bir mənbəyə istinad olunmadan səsləndirilməsi gündəmə onun adekvat olub-olmaması məsələsini çıxara bilər.










