PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu
UEFA Çempionlar Liqasının qalibi müəyyənləşib.
ERAmedia xəbər verir ki, həlledici görüşdə “Arsenal” ilə üz-üzə gələn PSJ qələbə qazanıb.
Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da baş tutan matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib – 1:1.
Hesabı 6-cı dəqiqədə “topçular”ın heyətində Kay Haverst açıb. Matçın 65-ci dəqiqəsində Usman Dembele penalti zərbəsindən hesabı bərabərləşdirib.
Hər biri 15 dəqiqədən ibarət əlavə iki hissədə qalib müəyyənləşmədiyindən penaltilər seriyasına ehtiyac duyulub.
Burada daha dəqiq oynayan parislilər (4:3) ardıcıl ikinci dəfə qitənin ən nüfuzlu klub turnirinin qalibi olublar.










