Putin sülhə hazırdır - Fidan
Türkiyə xarici işlər naziri Hakan Fidan, Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində atəşkəsə və hərtərəfli sülh razılaşmasına hazır olduğunu bildirib.
ERAmedia-nın aldiğı məlumata görə, nazir bu fikirləri Almaniyanın “Welt am Sonntag” qəzetinə müsahibəsi zamanı səsləndirib.
Hakan Fidanın sözlərinə görə, Rusiya tərəfinin sülh üçün irəli sürdüyü təklif artıq Ukrayna tərəfinə çatdırılıb:
“Biz də prosesdə iştirak edirik. Putin müəyyən şərtlər daxilində atəşkəs və hərtərəfli sülh razılaşmasını qəbul etməyə hazırdır. Bu, Ukrayna tərəfinə çatdırılıb və biz bunun bəzi aspektləri ilə məşğul oluruq”, – deyə Hakan Fidan qeyd edib.









