Putindən “dost olmayan” ölkə rəhbərinə təbrik
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanı ad günü münasibətilə təbrikində “iki dost ölkənin” ümumi maraqlarının olduğunu qeyd edib.
ERAmedia xəbər verir ki, təbrikin mətni Kremlin.ru saytında dərc olunub.
Daha sonra qeyd olunur: “Hörmətli Nikol Vovayeviç, ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Ölkələrimiz və xalqlarımız arasında münasibətlər ənənəvi olaraq dostluq münasibətləridir. Biz onların davamlı və mütərəqqi inkişafında maraqlıyıq”.
Daha sonra o, Paşinyana cansağlığı, firavanlıq və uğurlar arzulayıb.
Xatırladaq ki, iyunun 1-də Paşinyanın 51 yaşı tamam olur.
Ural Dəyirmançı









