media-af89d21e-828a-44b3-aba9-960650b06d46
media-bant_master

Rusiya prezidenti Vladimir Putin Çin vətəndaşlarının Rusiyaya giriş və çıxışı üzrə müvəqqəti qaydaları müəyyən edən sərəncam imzalayıb.

ERAmedia xəbər verir ki, sənəd hüquqi informasiya portalında dərc olunub.

Sərəncama əsasən, 14 sentyabr 2026-cı ilədək Çin vətəndaşları Rusiyaya giriş edə, 30 günədək qonaq və ya işgüzar səfərlərlə, turizm, elmi, mədəni, ictimai-siyasi, iqtisadi və idman tədbirlərində iştirak məqsədilə vizasız qala bilərlər. Həmçinin onlar adi Çin pasportu əsasında Rusiyadan tranzit keçid edə və vizasız çıxış edə bilərlər.

Sərəncamda qeyd olunur ki, bu qaydalar qarşılıqlı prinsiplər nəzərə alınmaqla tətbiq edilir.

Eyni zamanda, sərəncam Rusiyaya əmək fəaliyyəti, o cümlədən jurnalist fəaliyyəti, təhsil almaq, daimi yaşayış məqsədilə giriş və beynəlxalq avtomobil daşımalarında iştirak edən Çin vətəndaşlarına şamil edilmir.

Sərəncam dekabrın 1-dən qüvvəyə minib.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər