Putinin Nemayəndəsi o məsələ barədə danşdı
Ukrayna ilə bağlı danışıqlara siyasətçilər deyil, iş adamları rəhbərlik edir, çünki onlar daha çox problemlərin praktik həllinə diqqət yetirirlər və riskləri daha yaxşı başa düşürlər.
ERAmedia xəbər verir ki, bu fikirləri Rusiya Prezidentinin Davamlı İnkişaf Məqsədlərinə Çatmaq üçün Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə Xüsusi Nümayəndəsi Boris Titov yerli mətbuata müsahibəsində bildirib.
Putinin Nümayəndəsi danışıqlarda praktik mülahizələrin üstünlük təşkil etdiyini qeyd edir: “Siyasətçilərimiz, xüsusən də Avropadakı son nəsil siyasətçilər güclü emosional təsirlərə məruz qalırlar və emosional qarışıqlıqlarında praktik mülahizələri gözdən qaçırırlar”.
O bildirir ki daha praktik perspektivə malik bizneslər ölkənin iqtisadi sahədə üzləşdiyi riskləri daha yaxşı başa düşürlər, iqtisadi sahə isə insanların rifahı və həyat səviyyəsi ilə bağlıdır.
Ural Dəyirmançı










