Roma Papasının vəsiyyətnaməsindəki Ukrayna
2025-ci ilin aprelində vəfat edən Papa Fransisk vəsiyyətnaməsinə Ukrayna üçün təcili yardım maşınlarının alınmasına görə vəsait daxil edib.
ERAmedia xəbər verir ki, “BILD”-in yaydığı məlumatda bunu yerli radioya ispan rahibə Lusiya Karamın dediyi bildirilir.
Tammiqyaslı işğalın başlanğıcından bəri dəfələrlə Ukraynaya səfərdə olan və humanitar layihələrdə iştirak edən Karamın sözlərinə görə, Pantifik şəxsi vəsaitinin bir hissəsi ilə müharibə zonası tibb işçilərinə dəstək olacağına zəmanət verib.
Sözlərinə davam edən rahibə “Fransisk həmişə Ukraynaya kömək edəcəyinə söz verib, amma dəstəyin bu qədər təsirli şəkildə ifadə olunacağını təsəvvür edə bilməzdim”-deyə, bildirib.
“BILD”in məlumatına görə, Papanın fondundan ayrılan vəsait cəbhə xəttində və müharibə gedən bölgələrdə fəaliyyət göstərəcək təcili yardım maşınlarının alınması üçün nəzərdə tutulub.
Ural Dəyirmançı










