Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi təyin edib
Rusiyanın Baş naziri Mixail Mişustin Adam Xakimovun Rusiyanın Azərbaycandakı yeni ticarət nümayəndəsi təyin olunması barədə sərəncam imzalayıb.
ERAmedia xəbər verir ki, müvafiq sənəd rəsmi hüquqi informasiya portalında dərc edilib.
Digər sənədlə baş nazir Ruslan Mirsayapovu müddətli xidməti müqaviləsinin başa çatması ilə əlaqədar həmin vəzifədən azad edib.










