media-hd_new453943857435435435345345
media-bant_master

Rostov məhkəməsi Stavropolun yetkinlik yaşına çatmayan sakininə terrorizmlə bağlı dörd ittiham üzrə 6,5 il həbs cəzası verib. Onun 20 yaşlı “cinayət ortağı” isə cərimə olunub.

ERAmedia bidirir ki, xəbəri kavkaz-uzel.eu saytı yayıb.

İki gənc Rostovun Cənub rayon hərbi məhkəməsi tərəfindən terrorun  təbliğində ittiham olunsa da, yetkinlik yaşına çatmayan şəxs əlavə iki maddə ilə, terror təşkilatında iştirakda və terror fəaliyyətinə təhrik etməkdə günahkar bilinib.

İttiham tərəfinin məlumatına görə, 2024-cü ilin fevral ayında Stavropolun yetkinlik yaşına çatmayan sakini Rusiyada qadağan olunmuş terror təşkilatının nümayəndəsi ilə ani mesajlaşma vasitəsilə əlaqə saxlayıb. Vilayət prokurorluğunun verdiyi ittihamda o, yazışmalarda Rusiya Federasiyasının təhlükəsizliyinə zərər vurmaq məqsədilə “dost olmayan dövlətə yardım göstərməyə razılıq verib”.

Prokurorluq və məhkəmənin məlumatına görə, yeniyetmə “kuratorun göstərişi ilə” Stavropolda “qadağan olunmuş qrup üçün təbliğat vərəqələri” paylayıb, həmçinin 20 yaşlı yerli sakini bu fəaliyyətə cəlb edib.

Məhkəmə azyaşlı təqsirləndirilən şəxsi islah müəssisəsində 6,5 il müddətinə azadlıqdan məhrum edib, yetkin ortağı isə 200.000 rubl cərimə olunub.

 

 


media-adspc

Bənzər xəbərlər