Rusiyada dünyanın ən böyük turbovintli hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiya Federasiyasının İvanovo bölgəsində “An-22” hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Təyyarə Furmanovski rayonunda, İvankovo kəndi yaxınlığındakı Uvodkovskoye su anbarına düşüb.
ERAmedia xəbər verir ki, məlumatı “Shot” yayıb.
İnformasiya portalı bildirib ki, heyət üzvləri son məqamda təyyarəni yaşayış binalarından uzaqlaşdırıblar.
“An-22” hissələrə ayrılıb.
Qəzanın səbəbləri barədə hələlik rəsmi məlumat yoxdur.
Xatırladaq ki, qoşun və texnikanın uzaq məsafələrə daşınması üçün nəzərdə tutulan “An-22” dünyanın ən böyük turbovintli təyyarəsidir.
TASS-ın məlumatına görə, yeddi heyət üzvünün olduğu təyyarə təmirdən sonra adi sınaq uçuşu keçirib.
Mənbəyə görə, “An-22” təyyarə heyətinin həlak olduğu ehtimal olunur. Xilasedicilər pilotları və ya onların cəsədlərini axtarırlar. İndiyə qədər yalnız təyyarənin qalıqları qəza yerinin yaxınlığındakı su anbarında tapılıb.
Ekipajla son əlaqə saat 11-də olub. Rusiya Müdafiə Nazirliyi təyyarə qəzası ilə bağlı şərh verib.
Nazirlik əlavə edib ki, hadisə yerinə axtarış-xilasetmə qrupu və Aerokosmik Qüvvələr komissiyası göndərilib.
Ural Dəyirmançı









