media-sakincali-dizisi-nerede-cekiliyor-setleri-nerede-19270852_2453_amp
media-bant_master

Türkiyənin “Gold Film” şirkətinin istehsalı olan “Sakıncalı” serialı gözlənilmədən final qərarı ilə gündəmə gəlib.

ERAmedia  Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən həftə çəkilişləri dayandırılan serialın taleyi bu həftə yayımlanan reytinqlərlə müəyyənləşib.

3-cü bölümdən sonra reytinqin aşağı olması səbəbindən layihənin 5-ci seriyada final etməsinə qərar verilib.

Serial heyəti bu barədə bu gün məlumatlandırılıb.

Qeyd edək ki, serialın baş rollarında Özge Özpirinçci və Salih Bademci yer alıb. Bu onların birgə rol aldığı ikinci layihədir.


media-adspc

Bənzər xəbərlər