Səkinə Hacızadə bürünc medal qazanıb
Azərbaycan atleti Səkinə Hacızadə Monakoda keçirilən Avropanın Kiçik Ölkələrinin Çempionatında uğurla çıxış edib.
ERAmedia-ya Atletika Federasiyasından verilən məlumata görə, nüvəitələmə növündə mübarizə aparan milli komandamızın üzvü 3-cü yerə layiq görülüb.
Bürünc medal qazanan atlet 12.78 metr nəticə göstərib.










