Sərnişinlərlə dolu təyyarə yandı
Braziliyada enişdən sonra sərnişinlər olan Airbus A320 təyyarəsində yanğın baş verib.
ERAmedia xəbər verir ki, “LATAM Airlines”in məlumatına görə, reysi yerinə yetirən təyyarədəki yanğına baqaj yükləyici qurğu səbəb olub. Alov qısa müddətdə bütün təyyarəyə yayılıb.
Qeyd olunur ki, təyyarənin salonu tamamilə tüstü ilə dolub, sərnişinlər isə vaxtında təxliyə edilib.









