media-94927

Aprelin 7-8-də Almatıda Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin bazasında “Study in Azerbaijan” təhsil sərgisi keçiriləcək.

 ERAmedia Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyinə istinadla xəbər verir ki, tədbir Azərbaycanın aparıcı universitetlərini bir araya gətirəcək. Onlar təhsil proqramlarını, təqaüd imkanlarını və ölkədə tələbə həyatının özəlliklərini təqdim edəcəklər.

Sərgi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə və tələbələr, eləcə də gənc mütəxəssislərin Azərbaycanda təhsil alması imkanları barədə məlumatlandırılmasına yönəlib.


media-adspc

Bənzər xəbərlər