Supermarketdə ağlasığmaz hadisə
Meksikada bir supermarketdə baş verən hadisə sosial mediada trend mövzusuna çevrilib.
ERAmedia xəbər verir ki, təhlükəsizlik kamerasının görüntülərində bir oğlanın alış-veriş edən buruq saçlı bir gəncə yaxınlaşdığı və saçlarını alışqanla yandırdığı görünür.
Görüntülərdə oğlanın kassada ödəniş edərkən gənc oğlana səssizcə yaxınlaşdığı, sonra saçlarına alışqan tutduğu görünür. Saçlarının alovlandığını görən gənc oğlan panikaya düşüb.
Supermarket işçiləri və ətrafdakılar dərhal müdaxilə edərək alov yayılmadan əvvəl onu söndürüblər. Mağazada qısa bir təşviş yaşanıb.
Yerli medianın verdiyi məlumata görə, oğlanın hərəkətləri gənc oğlanın saçlarına olan qısqanclıqdan qaynaqlanıb. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Təhlükəsizlik kamerasının görüntüləri sosial mediada tez bir zamanda yayılıb və bir çox istifadəçi oğlanın hərəkətlərinə qəzəblənib və video milyonlarla dəfə izlənilib.
Vüsalə









