media-salahov

Xalq rəssamı Tahir Salahovun məzarüstü abidəsi qoyulub.

ERAmedia xəbər verir ki, bu barədə onun qızı, rəssam və heykəltəraş Aydan Salahova sosial şəbəkə hesabında yazıb.

“Azərbaycanın Xalq rəssamı Tahir Teymur oğlu Salahovun vəfatının ildönümündə onun məzarüstü abidəsi açılıb. Abidənin müəllifi bacım Alagöz Salahovadır. O, çox səy göstərdi, amma təəssüf ki, işinin nəticəsini görmədən dünyasını dəyişdi. Abidə Tahir Salahovun Azərbaycana həsr olunmuş “Odlar yurdu” monumental triptixi əsasında qurulub. Xəzər dənizinin təcəssümü olan bürünc elementlər, sanki, rəsmdən aşağı enir”, – o qeyd edib.

Xatırladaq ki, Tahir Salahov 2021-ci il mayın 21-i vəfat edib. O, Bakıda Birinci Fəxri xiyabanda dəfn olunub. Tahir Salahovun qızı, aktrisa və rəssam Alagöz Salahova isə 2023-cü ildə Bakıda dünyasını dəyişib.

media-702905661_36273894152195735_3511327744508548218_n


media-adspc

Bənzər xəbərlər