media-screenshot_2024-09-20_134851-min-800x600-1
media-bant_master

ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü Don Beykon Tramp administrasiyasını “mənəvi əxlaq” nümayiş etdirməyə və Ukraynanı daha fəal müdafiəyə çağırıb.

ERAmedia xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.

“Mən Prezidentin demokratiyaya can atan, müttəfiqimiz olmaq istəyən və Putinin kim olduğunu daha aydın başa düşən azad bir ölkənin, suveren Ukrayna dövlətinin daha fəal müdafiəçisi olmasını görmək istərdim”- deyə, Beykon çıxışında bildirib.

Həmçinin o, ABŞ prezidenti və onun komandasından oxşar “mənəvi aydınlıq” görmədiyindən təəssüflənib.

Əvvəllər ABŞ prezidenti Donald Tramp “Ukrayna münaqişəsinin sülh yolu ilə bağlı həllində danışıqların yaxşı irəlilədiyini” bildirmişdi.

Ağ Ev rəhbəri həmçinin qeyd etmişdi ki, Florida danışıqlarında Amerika və Ukrayna nümayəndə heyətləri “bir-biri ilə barışıblar”.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər