media-7bd23bb0_e97b_11f0_8858_73f2ecc1c262_1767551823

ABŞ Prezidenti Donald Tramp Azərbaycanda ölkəsinin səfiri vəzifəsinə Aleksandr Oldenin namizədliyini irəli sürüb.

Bu barədə Ağ Evin rəsmi saytına istinadən xəbər verilir.

Qeyd edək ki, Olden əvvəllər ABŞ Dövlət Departamentində, Milli Təhlükəsizlik Şurasında və Pentaqonda rəhbər vəzifələrdə çalışıb.

Dövlət katibinin münaqişələr və sabitləşdirmə əməliyyatları üzrə köməkçisinin səlahiyyətlərini icra edən şəxs qismində o, 2020-ci ildə qəbul edilmiş ABŞ-nin Münaqişələrin qarşısının alınması və sabitliyə vasitəçilik Strategiyasının icrasına cavabdeh olub.

Dövlət katibinin Avropa məsələləri üzrə köməkçisinin müavini vəzifəsində Olden ABŞ və Avropa İttifaqı arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərib.

Milli Təhlükəsizlik Şurasında o, yeni texnologiyalar üzrə baş direktor və müdafiə siyasəti üzrə direktor vəzifələrini tutub, burada kritik və perspektivli texnologiyalar üzrə idarələrarası komitə yaradaraq ona rəhbərlik edib.

Xatırladaq ki, ABŞ-nin Azərbaycandakı əvvəlki səfiri Mark Libbi 2024-cü ilin dekabrında, səhhətində yaranmış problemlərlə əlaqədar bu vəzifədən istefa verdiyini açıqlamışdı.


media-adspc

Bənzər xəbərlər