media-aa-20251110-39674182-39674177-abd_baskani_trump_ile_suriye_cumhurbaskani_sara_bir_araya_geldi-1762804577
media-bant_master

ABŞ prezidenti Donald Tramp Dəməşqə göndərdiyi məktubunda Suriya və onun prezidenti Əhməd əl-Şaraaya dəstəyini bir daha təsdiq edib.

ERAmedia xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” nəşri məlumat yayıb.

Nəşr bildirir ki, Tramp və əl-Şaraanın Oval Ofisdə görüş fotosunun da yer aldığı məktubu ABŞ səfiri Tom Barrak çatdırıb.

Barak bu həftə Dəməşqin ABŞ-ın dəstəklədiyi kürd qüvvələri və digər azlıqlarla mürəkkəb münasibətləri həll etməyə çalışarkən əl-Şara ilə görüşmək üçün Suriyada olub. Bundan əlavə, iki ölkə arasında təhlükəsizlik razılaşması əldə olunması üçün davam edən danışıqlara baxmayaraq, İsrail Suriyanın suverenliyini pozmağa və ərazisinə hücumlar etməyə davam edir.

Belə mürəkkəb məqamda Tramp əl-Şaraa məktubunda yazıb: “Əhməd, sən böyük lider olacaqsan və ABŞ kömək edəcək”.

Bazar ertəsi günü Tramp Suriya prezidentini tərifləyib və İsraili Suriya ilə danışıqları davam etdirməyə çağırıb və Truth Social sosial media platformasında paylaşıb: “İsrailin Suriya ilə güclü və səmimi dialoq aparması və Suriyanın çiçəklənən bir dövlətə çevrilməsinə mane ola biləcək heç bir şeyin baş verməməsi vacibdir”.

Bu fikirlər Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığından sonra yazılıb.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər