media-7bd23bb0_e97b_11f0_8858_73f2ecc1c262_1767551823

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İranla əldə olunması nəzərdə tutulan razılaşmanın böyük hissəsi nüvə proqramı ilə bağlıdır və Tehranın nüvə fəaliyyəti ətrafında məsələlər ətraflı şəkildə müzakirə olunur.

ERAmedia xəbər verir ki, Tramp bu barədə “Truth” sosial platformasında paylaşım edib.

“CNN-də yayımlanan saxta xəbərlərdə həmişə olduğu kimi bildiriblər ki, mənim İranla nüvə sazişim ümumiyyətlə nüvə mövzusu ilə bağlı deyil. Halbuki razılaşmada açıq şəkildə qeyd olunub ki, İranın nüvə silahı olmayacaq. Bundan əlavə, sənəddə nüvə məsələsinin digər aspektləri də çox ətraflı və geniş şəkildə əksini tapıb. Əslində, razılaşmanın böyük hissəsi məhz buna həsr olunub”, – deyə Tramp bildirib.

ABŞ prezidenti “Fox News” telekanalına müsahibəsində də Vaşinqtonun şərtlərinə uyğun İranla razılaşmanın əldə olunmasına tədricən yaxınlaşdıqlarını bildirib.

“Mən hesab edirəm ki, yavaş-yavaş, amma inamla istədiyimiz nəticəyə doğru irəliləyirik”, – deyə o vurğulayıb.

Bununla yanaşı, Tramp İran razılaşmaya getməyəcəyi təqdirdə hərbi əməliyyatların yenidən başlana biləcəyi barədə xəbərdarlığını da təkrarlayıb.

“Axios” portalının məlumatına görə, cümə günü Vaşinqtonda keçirilən müşavirədə Tramp İranla mümkün razılaşma ilə bağlı yeni təkliflər irəli sürüb. Bildirilir ki, ABŞ prezidenti xüsusilə İranın zənginləşdirilmiş uran ehtiyatlarının taleyi ilə bağlı daha sərt tələblər səsləndirib.

Vural


media-adspc

Bənzər xəbərlər