Tramp kompliment yağışında
“Moskva və Vaşinqton Ukraynadakı münaqişənin uzunmüddətli həlli üzərində işləməyə davam edir”.
ERAmedia xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalist Pavel Zarubinlə “Moskva. Kreml. Putin” verilişindəki söhbətində bildirib.
Uşakovun sözlərinə görə, danışıqlar müvəqqəti atəşkəs haqqında deyil, münaqişənin davamlı həlli perspektivlər ətrfında gedir. O, hazırki müzakirələrin əvvəlki administrasiya nümayəndələri ilə aparıan danışıqlardan fərqləndiyini vurğulayıb.
“Amerikalılar daim Trampın fərqli bir insan, fərqli ideologiyaya sahib olduğunu və razılığa gələrsə, bunun qətiyyətlə ediləcəyini vurğulayırlar”- deyə, prezident köməkçisi qeyd edib.
Uşakov həmçinin bildirib ki, ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkov və Donald Trampın kürəkəni Cared Kuşner də daxil olmaqla amerikalı danışıqçılar “Trampa çox yaxındırlar və ona xidmət edir, onun göstərişlərini yerinə yetirirlər”.
Ural Dəyirmançı










