media-1779036291_trumponetanyahu

ABŞ prezidenti Donald Tramp Livandakı gərginlik səbəbindən İsrailin Baş naziri Binyamin Netanyahu ilə keçirdiyi sərt telefon danışığında Beyruta hücum təhdidlərinə kəskin etiraz edib.

ERAmedia xəbər verir ki, ABŞ-ın “Axios” nəşri bazar ertəsi yayımladığı məlumatda Donald Tramp ilə İsrailin Baş naziri Binyamin Netanyahu arasında Livan məsələsi ilə bağlı gərgin telefon danışığının baş tutduğunu bildirib.

Məlumata görə, Tramp Livandakı vəziyyətin gərginləşməsi və Beyrutun cənub ətraflarına zərbələr endirilməsi təhdidlərinə görə Netanyahuya sərt şəkildə irad bildirib.

“Axios”un yazdığına görə, telefon danışığı zamanı tərəflər arasında olduqca sərt və emosional ifadələr səsləndirilib. Tramp Netanyahuya xəbərdarlıq edərək bildirib ki, Beyruta hücum təhdidlərinin həyata keçirilməsi İsrailin beynəlxalq arenada daha da təcrid olunmasına səbəb olacaq.

Nəşrin məlumatına əsasən, Tramp Netanyahuya belə deyib:

“Sən dəlisən. Mən olmasaydım, həbsxanada olardın. Mən sənin siyasi karyeranı xilas edirəm. Hazırda hamı səndən nifrət edir, hamı İsrailə nifrət edir və bunun səbəbi sənsən”.

“Axios”un xəbərinə görə, telefon danışığı zamanı Tramp öz mövqeyini Netanyahuya qəbul etdirə bilib.

ABŞ prezidenti Donald Tramp daha əvvəl verdiyi açıqlamada Binyamin Netanyahu ilə “çox məhsuldar” adlandırdığı telefon danışığı keçirdiyini bildirmişdi.

Tramp qeyd edib ki, “Beyruta heç bir qüvvə göndərilməyəcək. Ora doğru hərəkət edən birliklər də geri qaytarılıb”.

Vüsalə


media-adspc

Bənzər xəbərlər