Ukrayna Nümayəndəsindən birmənalı cavab
Ukrayna öz ərazisi və suverenliyi ilə alver etmir.
ERAmedia bildirir ki, Ukraynanın BMT-dəki Daimi Nümayəndəsi Andriy Melnik 2025-ci il dekabrın 9-da BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışının videosunu bu şərhlə X sosial şəbəkəsindəki səhifəsində yerləşdirib.
Həmin çıxışında Daimi Nümayəndə, Ukraynanı “konkret ərazilər verməklə sülhə”, “ağlını başına yığmağa” çağıranlara ölkəsinin iradəsini bu sözlərlə çatdırıb: “Biz nə Milad yarmarkasında, nə də kədərli taleyi ilə məşhur Çerkizovski bazarında deyilik. Rusiya Ukraynanın təslim olmasını istəyir. Amma mənim cavabım budur: “Ukrayna heç zaman öz ərazisi və suverenliyi ilə alver etməyəcək!”
Xatırlatma: Dekabr ayının 9-da BMT Təhlükəsizlik Şurasının iclasında Rusiya qoşunları tərəfindən mülki şəxslərin və Ukraynanın intensiv atəşə tutulması məsələsi müzakirə olunarkən Andrey Melnik belə deyib.
Ural Dəyirmançı










