media-thumbs_b_c_c257f87609f31ae600e23cb8ec77697e
media-bant_master

“Ukrayna Silahlı Qüvvələrinin Qazaxıstanla birgə layihəsi olan Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) infrastrukturuna endirdiyi zərbələr Rusiyanın hücumlarına cavab olub”.

ERAmedia xəbər verir ki, bu fikirləri Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti “Telegram” səhifəsində paylaşıb.

Bəyanatda həmçinin deyilir: ” Ukrayna müdafiə qüvvələri yaxşı düşünülmüş, strateji cəhətdən əsaslandırılmış əməliyyatların bir hissəsi olaraq Rusiyanın hərbi-sənaye potensialını sistematik şəkildə zəiflətmək üçün cavab zərbələri endirir”.

Daha sonra XİN bəyan edir ki, Ukrayna hücumları Qazaxıstana və ya digər üçüncü ölkələrə qarşı yönəlməyib.

Xatırladaq ki, bir gün əvvəl Qazaxıstan Xarici İşlər Nazirliyi XBKK infrastrukturuna edilən hücumla bağlı Kiyevə etirazını bildirmişdi.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər