media-gender-balance-adobestock_481728-700x403

Beynəlxalq Uşaq Günü münasibətilə uşaqlığın keçmişi və bu günü arasında fərqlər bir daha diqqət mərkəzinə gəlib. Mütəxəssislər hesab edir ki, zaman dəyişdikcə uşaqların böyüdüyü mühit, dünyaya baxışı və həyatla bağlı təsəvvürləri də fərqli istiqamətdə formalaşır.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da bu mövzuda fikirlərini ERAmedia ilə bölüşüb. O bildirib ki, hər dövr öz uşaqlarını formalaşdırır və bu dəyişiklik gələcəyin cəmiyyətinə birbaşa təsir göstərir.

“Beynəlxalq Uşaq Günündə keçmişə səyahət edib müqayisə edirsən — onda və indi… Hər dövr öz uşaqlarını yaradır. Uşaqlar isə öz növbəsində gələcəyin cəmiyyətini formalaşdırırlar. Ona görə bu gün təkcə uşaqların necə yaşadığı barədə deyil, onların hansı dünyagörüşü ilə böyüdüyü barədə də düşünməyə dəyər. Bilirsiniz, bir fərq də var: biz həyatın bir oyun olduğunu yalnız indi dərk edirik. Bizdən fərqli olaraq, onlar bunu daha erkən anladılar”, – deyə Mehriban Zeynalova ERAmedia-ya açıqlamasında bildirib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər