media-whatsapp-image-2026-05-26-at-10-08-12

Azərbaycan teatr və kino sənətinin tanınmış simalarından olan Xalq artisti Səfurə İbrahimova ilə bağlı maraqlı arxiv faktı ortaya çıxıb.

ERAmedia xəbər verir ki, sənətkarın fotosunun əks olunduğu açıqça 1960-cı illərdə 30 min tirajla çap edilərək keçmiş SSRİ-nin 15 respublikasında satışa çıxarılıb.

Həmin dövr üçün bu cür geniş tiraj sənət adamına göstərilən böyük marağın və rəğbətin göstəricisi hesab olunurdu. Səfurə İbrahimovanın fotosunun ittifaq miqyasında yayılması onun təkcə Azərbaycanda deyil, sovet məkanında da tanınan və sevilən sənətkar olduğunu göstərir.

Arxivdən üzə çıxan açıqça həm də ötən əsrin mədəni həyatını və dövrün çap ənənələrini əks etdirən dəyərli nümunə kimi diqqət çəkir.

Qeyd edək ki, Səfurə İbrahimova Azərbaycan səhnəsində yaratdığı yaddaqalan obrazlarla milli mədəniyyət tarixində özünəməxsus yer tutub və sənətsevərlərin yaddaşında bu gün də xüsusi hörmətlə anılır.

Vüsalə


media-adspc

Bənzər xəbərlər