media-interpress_e72babb0eeed29212452d394b78c24c0_6au7flpqxz5g943te1km

Mayın 29-dan 30-dək Xankəndi şəhərində “Qəhvə və Çay Festivalı” keçiriləcək.

ERAmedia xəbər verir ki, Flawless Solutions şirkətinin təşkilatçılığı ilə şəhərin Zəfər meydanında baş tutacaq ikigünlük festivalla bağlı artıq hazırlıqlara başlanılıb, köşklər quraşdırılır.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, festival çərçivəsində qəhvə və çay istehsalı, o cümlədən idxalı ilə məşğul olan şirkətlərin aksesuar və avadanlıqlarının sərgisi də keçiriləcək. Tanınmış sənət adamları, rəqs qrupları ifa və çıxışları ilə festivala rəng qatacaq. Əyləncə proqramları da ziyarətçilərdə xoş əhval yaradacaq.

Qeyd edək ki, festivalın əsas məqsədi çay və qəhvə sənayesinin inkişafı üçün keyfiyyətli fürsətlər yaratmaq, perspektivli əməkdaşlıq və təcrübə mübadiləsi aparmaqdır.


media-adspc

Bənzər xəbərlər