Yanacaqdoldurma məntəqəsinə balta ilə hücum etdi
İngiltərədə yanacaqdoldurma məntəqəsində baş verən yanğın böyük təşvişə səbəb olub.
ERAmedia-nın xarici mediaya istinadən məlumatına görə, hadisə yerindəki görüntülərdən məlum olub ki, yanğına əlində balta olan bir şəxsin məntəqəyə hücumu səbəb olub. İki avtomobil və bir yanacaq nasosu alova bürünərkən bunu görən vətəndaşlar təşviş içində ətrafa qaçışıb. Hadisə yerinə çatan polis hücum edəni saxlayıb, yanğın isə qısa müddətdə söndürülüb.
İngiltərədəki yanacaqdoldurma məntəqəsində qeydə alınan görüntülər ölkə gündəminə bomba kimi düşüb.
Məlumata görə, məntəqəyə avtomobillə gələn şəxs əlindəki balta ilə həm avtomobilə, həm də nasosa zərbələr endirib. Hücumdan sonra alov qısa müddətdə genişlənib.
İki avtomobil və yanacaq nasosunun alova büründüyünü görən insanlar panikaya düşərək ərazidən uzaqlaşıb. Hadisə barədə məlumat verildikdən sonra əraziyə gələn yanğınsöndürmə qrupları faciənin böyüməsinin qarşısını alaraq alovu nəzarətə götürüb. Polis isə əlində balta olan şəxsi dərhal saxlayıb.
Vural










