media-img_5691

2026-cı ilin Dünya Çempionatı öncəsi hazırlıqlarını davam etdirən Panama milli futbol komandası azarkeşlər üçün açıq keçirilən məşqdə gözlənilən səviyyədən aşağı performans nümayiş etdirib.

ERAmedia xəbər verir ki, Panama yığması Dünya Çempionatı hazırlıqları çərçivəsində azarkeşlərin də izləyə bildiyi açıq məşq təşkil edib. Lakin məşq zamanı ortaya çıxan görüntülər futbolsevərlərin gözləntilərini tam qarşılamayıb.

Tədbirə böyük maraq göstərən azarkeşlər qarşısında komandanın məşq tempi və futbolçuların ümumi performansı diqqət çəkib. Meydandakı görüntülər komandanın Dünya Çempionatı öncəsi hazır vəziyyətdə olub-olmaması ilə bağlı suallar yaradıb.

Məşq zamanı aparılan pas kombinasiyaları və ümumi oyun ritminin gözlənilən səviyyədən aşağı olduğu barədə qiymətləndirmələr edilib. Futbolun ən yüksək səviyyəli turnirlərindən biri olan Dünya Çempionatı ərəfəsində bu görüntülər azarkeşlər arasında təəccüb doğurub.

Panama milli momandasının hazırlıq prosesindəki çatışmazlıqları turnir başlamazdan əvvəl aradan qaldırması gözlənilir. Komandanın real performansı isə Dünya Çempionatında ilk oyununda daha aydın görünəcək.

Vural


media-adspc

Bənzər xəbərlər