Zalujnı sözünü bir fotosunda dedi
Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, bu ölkənin Böyük Britaniyadakı hazırki səfiri Valeri Zalujnı Facebook səhifəsində paylaşdığı bir şəkil onun vətənə dönmək istəyi kimi qəbul olunub.
ERAmedia xəbər verir ki, izləyicilərin bu qənaətinə Yeni il ərəfəsində özünün həyat yoldaşı ilə birgə fotosuna yazdığı “Ev daha yaxşıdır”- şərhi impuls verib.
Fotodakı cütlüyün arxasında üzərində “Ukrayna” yazılan qəhvə maşını var.
Bir gün əvvəl Respublikaçı senator Lindsi Qrem ukraynalı diplomatın nüvə silahları ilə bağlı təkliflərini “mümkün olmayan” adlandırmışdı.
O, əlavə etmişdi ki, Zalujnının təklif etdiyi təhlükəsizlik zəmanətləri əsassızdır.
Keçmiş Baş Komandan az ancə “The Telegraph”da dərc olunan məqaləsində ölkəsində nüvə silahlarının yerləşdirilməsini mümkün təhlükəsizlik zəmanətlərindən biri adlandırmışdı.
Ural Dəyirmançı










