media-zelenski
media-bant_master

ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukrayna lideri Volodimir Zelenski hələ də Vaşinqtonun təqdim etdiyi sülh planı ilə tanış olmayıb.

ERAmedia xəbər verir ki, Mətbuat nümayəndələrinin suallarını cavablandıran Trampdan keçən həftə keçirilən məsləhətləşmələrdən sonra Ukrayna və Rusiya ilə növbəti addımının nə olacağı soruşulub.

“Biz prezident Putinlə danışdıq, Ukraynanın liderləri, o cümlədən prezident Zelenski ilə əlaqə saxladıq. Düzünü desəm, bir qədər məyusam, çünki prezident Zelenski hələ də təklifi oxumayıb. Bu, bir neçə saat əvvəlki vəziyyətdir”, – Tramp suala cavabında deyib.

O əlavə edib ki, Rusiya bütün Ukraynanı istəsə də, sülh sazişi ilə razıdır və Ukrayna prezidentinin komandası da sənədi dəstəkləyir. Lakin Zelenskinin özü ilə bağlı vəziyyətin qeyri-müəyyən olduğunu bildirib.

“Onun komandası sənədi bəyənir. Rusiya bununla razıdır. Düşünürəm ki, əslində Rusiya bütün ölkəni almaq istəyərdi. Amma hesab edirəm ki, bu sülh planı ilə razılaşıb. Zelenskinin razı olub-olmadığına isə əmin deyiləm. Komandası bunu dəstəkləyir, amma o hələ də oxumayıb”, – Tramp qeyd edib.

Tramp həmçinin bildirib ki, Ukraynadakı müharibənin həllini daha asan təsəvvür edirdi, lakin vəziyyət düşündüyündən daha çətin olub: “Bu çox ağır, çox sərt bir müharibədir.”

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər