media-1760725808086
media-bant_master

ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenski ismarıcla da olsa, Ukraynada prezident seçkilərinin keçirilməsinin zəruriliyini müzakirə etdilər.

ERAmedia xəbər verir ki, ismarıclar Trampın “Politico”ya müsahibəsi ilə başlanıb.

ABŞ prezidenti bunun çoxdan gözlənildiyini aşıq mətnlə elan edəndən saatlar sonra Ukrayna lideri seçkiyə “yalnız müəyyən şərtlər daxilində hazır olduğunu” bəyan edib.

Xatırladaq ki, Rusiya Federasiyasının Ukraynada “xüsusi hərbi əməliyyata” başladıqdan 2 il sonra, 2024-cü ilin may ayında Prezidentin səlahiyyət müddəti başa çatsa da, Ana Qanun hərbi vəziyyətdə seçkiləri qadağan edir.

“Düzünü desəm, seçkilərə hazıram”– deyən Zelenski seçki kampaniyası başlamazdan əvvəl “iki məsələnin- təhlükəsizlik və legitimliyin həllini tapmasının” zəruriliyini bildirib. Zelenskinin sözlərinə görə, o, “bunu atəş altında, raketlər altında necə edəcəyini” və cəbhədə yerləşən əsgərlər üçün səsverməni necə təşkil edəcəyini başa düşməlidir: “Bunu açıq şəkildə bildirir və Amerika Birləşmiş Ştatlarından mənə kömək etməsini xahiş edirəm. Avropalı həmkarlarımızla birlikdə seçkilərin təhlükəsizliyini təmin edə bilər, növbəti 60-90 gün ərzində Ukrayna seçkilər keçirməyə hazır olacaq. Şəxsən mənim buna iradəm və hazırlığım var”.

Bundan əlavə, o, prezidentə bağlı “Xalqın Xidmətçisi” fraksiyasının üzvlərindən hərbi vəziyyət dövründə seçkilərin keçirilməsi ehtimalı ilə bağlı “qanunvericilik təklifləri hazırlamağı” xahiş edib.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər