media-_zelenskiy__gettyimages_2233572994__2__e1d8d542c369532f672409bbcf39e478_650x410
media-bant_master

Ukrayna üçün ABŞ-ın sülh planının ən həssas məqamları ərazilər, dondurulmuş Rusiya aktivləri və təhlükəsizlik zəmanətləridir.

ERamedia -nın məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İrlandiyanın Baş naziri Mixol Martinlə keçirdiyi mətbuat konfransında deyib.

Zelenski qeyd edib ki, Amerika və Ukrayna rəsmiləri arasında təmaslardan sonra yekunlaşan ABŞ-ın sülh planının bütün bəndlərini hələlik açıqlaya bilmir.

“Mən deyə bilərəm ki, ən həssas məsələlər, ən mürəkkəb suallar, çağırışlar ərazilər, dondurulmuş aktivlərdir”, – Zelenski əlavə edib.

Ukrayna Prezidentinin sözlərinə görə, Rusiyanın aktivlərinin əksəriyyəti Avropa ölkələrində dondurulub və o, Aİ liderlərinin adından onlara necə sərəncam verəcəyinə qərar verə bilməz.

Prezident qeyd edib ki, digər həssas məsələ təhlükəsizlik təminatıdır. Ukrayna ABŞ, Avropa və bəzi digər liderlərin güclü təminatlarına ümid edir.

“Düşünürəm ki, bu üç mövzu ən həssas və önəmlidir. komandalarımız bunun üzərində işləməyə davam edirlər”, – deyə Zelenski bildirib.


media-adspc

Bənzər xəbərlər