156 və 156A nömrəli marşrutlar yenilənir
Noyabrın 1-dən metronun “Memar Əcəmi” stansiyası ilə Hökməli qəsəbəsini əlaqələndirən 156 və 156A nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar yenilənəcək.
ERAmedia-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, 156 nömrəli marşrut üzrə 10 ədəd “Isuzu Citibus”, 156A nömrəli marşrut üzrə isə 4 ədəd “Isuzu HC45” markalı müasir və komfortlu avtobus sərnişindaşıma xidmətinə cəlb olunacaq.
Hər iki marşrut üzrə ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 50 qəpik müəyyən edilib.










